BMT BAŞ KATİBİ DÜNYA ƏHALİ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
Dünya Əhali gününün bu ilki mövzusunun “Gənc insanlar” olduğunu qeyd edən K.Annan diqqəti gənc nəslin üzləşdiyi problemlərə yönəltmişdir. Planetimizin əhalisinin yarısını 25 yaşadək insanların təşkil etdiyini bildirən baş katib, onların əksəriyyətinin ürək açmayan perspektivlər ilə qarşı-qarşıya olduqlarını, yoxsulluq, cinayətkarlıq və digər problemlərin gənclərin həyatına mənfi təsirini qeyd etmişdir.
K.Annan müraciətində gənclərin təhsil, reproduktiv sağlamlıq, məşğulluq problemlərinin həllinin vacibliyini vurğulamışdır.
Gələcək nəsillərin firavan həyatının gənclərin qəbul etdikləri qərarlardan asılı olacağını bildirən K.Annan, hökumətləri bu problemlərin həllində rəhbər funksiyaları yerinə yetirməyə çağırmışdır: “Gəlin Dünya Əhali günündə insan hüquqlarını təmin etmək və gənclərin maddi rifahını yaxşılaşdırmaq, eləcə də hamı üçün daha yaxşı dünya qurmaq üçün onlarla birgə çalışmaqda qətiyyətli olduğumuzu sübut edək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]