BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ KƏND QADINLARI GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun 15 oktyabr -Beynəlxalq Kənd Qadınları Günü münasibətilə müraciət etmişdir.
Müraciətdə deyilir ki, mən kənd təsərrüfatına və inkişafa verdikləri dəyərli töhfələrinə görə kənd qadınlarına öz ehtiramımı bildirirəm. İlk dəfə qeyd olunan Beynəlxalq Kənd Qadınları Günü Ümumdünya Ərzaq Günü, dünya ərzaq böhranı və qlobal maliyyə qarşıdurması ilə üst-üstə düşür.
Kənd qadınları dünya ərzağının yarısından çoxunu istehsal edir və yerli icmalara əvəzolunmaz dəstək verirlər. Lakin onların əməyi nadir hallarda layiqincə qiymətləndirilir və mükafatlandırılır. Qadın fermerlər inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı işinin çox hissəsini görür, ancaq onlar torpağın çox kiçik hissəsinə sahib olurlar. Biz bilirik ki, kənd qadınlarına səlahiyyət verməklə onların uşaqlarına, ailələrinə, icmalarına və nəticə etibarilə ölkələrinə əmin-amanlıq yaratmış oluruq.
Mən bütün ölkələrdən tələb edirəm ki, gələn ay Dohada keçiriləcək Maliyyələşmə Konfransında gündəlikdə duran qlobal məsələ kimi kənd qadınlarının ehtiyaclarının ödənilməsi imkanından istifadə edək. Dünyanın fövqəladə ərzaq böhranına qarşı mübarizədə qadınları fəal tərəfdaşa çevirməklə biz daha fövqəl problemlərin öhdəsindən gələ, daha təhlükəsiz gələcəyə yol aça bilərik.