BMT-nin baş katibi Yəməndə beynəlxalq müşahidəçilərin sayının artırılmasını tələb edib
Bakı, 9 yanvar, AZƏRTAC
BMT-nin baş katibi Antonio Quterreş ötən ay Yəmən hökuməti ilə Husilər arasında əldə olunan atəşkəs qərarına nəzarət olunması üçün 75 beynəlxalq müşahidəçinin göndərilməsini tələb edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, baş katib Yəmənin liman şəhəri Hudeyda da mövcud olan 16 beynəlxalq müşahidəçinin az olduğunu bildirib. Qeyd edək ki, bundan bir müddət əvvəl bölgəyə silahsız və mülkü geyimdə müşahidəçi qrupu göndərilib.
BMT baş katibi ərazidə nəzarətin gücləndirilməsini hər an baş verə biləcək gərginliklə əlaqələndirib. BMT-nin yaydığı məlumata görə, Yəməndə 22 milyondan çox insanın yardıma ehtiyacı var. 14 milyon insan aclıq və xəstəlik riski ilə üz-üzədir. Əsas yardımların Hudeyda şəhəri vasitəsilə Yəmən əhalisinə çatdırıldığını deyən Antonio Quterreş burada nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, 2014-cü ildən etibarən Yəmən hökuməti ilə Husilər arasında silahlı qarşıdurma baş verir. Dinc əhali silahlı insidentdən əziyyət çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]