BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) idarəetmədə informasiya sistemləri ixtisası üzrə təhsil alan Somali vətəndaşı Shafi'i Mohamud Nageye yüksək akademik göstəricilərinə görə sertifikatla təltif olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sertifikat Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində təqdim olunub. BMU tələbəsinə sertifikatı xarici işlər naziri Ceyhun Bayramov təqdim edib.