Boks üzrə Ağcabədi rayon turnirində 55 idmançı mübarizə aparıb
Ağcabədi, 18 noyabr, AZƏRTAC
Ağcabədi rayon Hindarx qəsəbəsi 2 nömrəli ümumi orta məktəbin idman zalında boks idman növü üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi turnirdə 55 boksçu müxtəlif çəki dərəcələrində öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi ilə yadda qalan turnirin yekununda qalib idmançılara diplomlar təqdim edilib.