İDMAN
Boksçularımızın parlaq qələbəsi: 6 qızıl, 1 gümüş və 4 bürünc medal
![](/files/galleryphoto/2015/2/1200x630/14354287863077760527_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287861176533971_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287862583441947_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287864379613401_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287866429357706_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287861438348963_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287865932442528_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287865753936204_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428786256047646_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287861404649152_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542878623053634_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542878635866589_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428786539428580_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287861502128842_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428786526543702_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428787192124599_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287874379553835_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287871395950867_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287872785859927_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287871913145663_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287874832727231_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287874205013025_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428787491855789_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287873925037960_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287872093838785_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428787543514142_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287876394131973_1200x630.jpg)
Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışlarının sonuncu - on ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, iyunun 27-də boksçularımız 3-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla ümumilikdə 5 medal qazanıblar.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Albert Səlimov gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) isə finalda rusiyalı Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Daha bir boksçumuz Abdulqadir Abdullayev (91 kq) isə qızıl medalı rinqə çıxmadan əldə edib. Onun rəqibi ukraynalı Gevorq Manukyan zədə səbəbindən görüşdən imtina edib.
Xaybulla Musalov (75 kq) gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə qarşılaşmadan məğlub ayrılaraq ikinci yerlə kifayətlənib.
Azərbaycanın qadın boksçusu Yana Alekseyeva isə bürünc medal qazanıb. Onun finala gedən yolunu “Bakı-2015”in beynəlxalq idman elçisi və çempionu, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor kəsib.
Beləliklə, Azəbaycan boksçuları “Bakı-2015” ilk Avropa Oyunlarında 6-sı qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 11 medal qazanaraq ölkəmizin idman tarixində yeni bir səhifə yazıblar.
Bununla da “Baku Crystal Hall”da keçirilən boks yarışları başa çatıb.