BOLQARISTAN-AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Milli Məclisin deputatı, dostluq qrupunun üzvü Elton Məmmədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyanın inkişaf etmiş ölkələri ilə dostluq əlaqələri qurmuşdur. Rəsmi Bakı Bolqarıstan ilə əlaqələrin genişlənməsində maraqlıdır və bunun üçün əlindən gələni edir. Sonra o, Milli Məclisdə yaradılmış parlamentlərarası dostluq qrupunin fəaliyyətindən, bu qrupun ölkələrimiz arasında əlaqələrinin inkişafındakı rolundan, deputatlarımızın qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır.
Solomon Passi demişdir ki, Azərbaycana səfərdən məqsəd ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Bolqarıstanlı deputatlar Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirmiş və ölkəmizdə gedən proseslərin Sofiyada maraqla izlənildiyini söyləmişlər. Qonaqlar xüsusi vurğulamışlar ki, Bolqarıstan Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir və hər cür kömək göstərməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]