Bolqarıstan bir ildə adam başına düşən tullantıların həcminə görə dünyada ikincidir
Sofiya, 19 iyul, AZƏRTAC
Bolqarıstan bir ildə adam başına düşən tullantıların həcminə görə dünyada ikincidir.
AZƏRTAC xəbər verir ki, “Tempo” agentliyinin apardığı araşdırmaya əsasən, birinci yeri bu siyahıda Kanada, ikinci yeri Bolqarıstan, üçüncü yeri isə ABŞ qazanıb. Belə ki, hər bir Kanada vətəndaşı ildə 36 ton, Bolqarıstan vətəndaşı 26,7 ton, ABŞ vətəndaşı 26 ton tullantı yaradır. Dünyada birinci onluğu bu ölkələrdən sonra Estoniya 23,5 ton, Finlandiya, 16,6 ton, Ermənistan 16,3 ton, İsveç 16,2 ton, Lüksemburq 11,8 ton, Ukrayna 10,6 ton, Serbiya 8,9 ton göstərici ilə tutur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]