Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü Xorvatiyada qeyd edilib
Zaqreb, 11 may, AZƏRTAC
Azərbaycanın, Rusiyanın və Qazaxıstanın Xorvatiyadakı səfirliklərinin təşəbbüsü və Osiyek-Baraniya vilayətinin rəhbərliyinin dəvəti ilə Xorvatiyanın Batina şəhərində Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın, Qazaxıstanın, Rusiyanın Xorvatiyadakı səfirləri, Serbiya səfirliyinin müşaviri, İranın hərbi attaşesi, Xorvatiya parlamenti və Xarici İşlər Nazirliyinin nümayəndələri, Osiyek-Baranya rayon təşkilatlarının rəhbərləri, müharibə veteranları və fəxri qonaqlar iştirak ediblər.
Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub. Sonra tədbir konsert proqramı ilə davam edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb