BP şirkəti UTECA-ya 40 nüsxə kitab hədiyyə edib
Gəncə, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC
BP şirkəti tərəfindən Azərbaycan Texnologiya Universitetinə (UTECA) dünyanın aparıcı ali təhsil ocaqlarında ən geniş istifadə edilən iqtisadiyyat üzrə 3 adda 40 nüsxə kitab hədiyyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BP-nin nümayəndəsi Elnur Sofiyev kitabları UTECA-nın rektoru, professor Akif Süleymanova təqdim edib.
Bildirilib ki, kitablar tələbə və müəllimlərin, o cümlədən qlobal iqtisadi nəzəriyyə, siyasi və iqtisadi inkişaf üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə olunub.
Rektor BP-nin təhsil sahəsindəki bu təşəbbüsünün təqdirəlayiq olduğunu, gənc nəsildə biliklərin formalaşmasına, təhsilin inkişafına xidmət etdiyini deyib.