BSU-da yekun dövlət attestasiyası başlanıb
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilini bitirən tələbələrin və magistrantların yekun dövlət attestasiyası keçirilir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, yekun dövlət attestasiyasında tədris proqramını tam başa vurmuş, tədris planında nəzərdə tutulmuş bütün attestasiya sınaqlarında müvəffəqiyyət qazanmış IV kurs tələbələri və II kursu bitirən magistrantlar iştirak edirlər.