SİYASƏT
Bu gün Azərbaycanda dairə seçki komissiyaların peşəkar üzvləri vardır
Bakı, 5 sentyabr (AZƏRTAC). Hər bir komissiya üzvi peşəkar olmalıdır, qanunu gözəl bilməlidir. Bu gün Azərbaycanda dairə seçki komissiyaların peşəkar üzvləri vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 5-də Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılışında demişdir.
Bu kursların əhəmiyyətini vurğulayan Z.Nağdəliyev demişdir: “Axırıncı seçkilər bir daha göstərmişdir ki, Azərbaycanda demokratik seçkiləri keçirmək mümkündür. Buna həm seçkini keçirən şəxslər, həm də əhali hazırdır”.