Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi
Sumqayıt, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ( AzQAC) Sumqayıt şəhər bölməsi və Sumqayıt Musiqi Kollecinin nümayəndələri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sumqayıtda yerləşən Laçın rayon 5 nömrəli tam orta məktəbdə bayram tədbiri təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Məktəbin direktoru Əlipolad Əzizov, AzQAC-ın Sumqayit Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova uşaqları bayram münasibətilə təbrik edərək, ən xoş arzuları bildiriblər.
Tədbir boyu uşaqlar rəqs edib, biri- birindən maraqlı mahnılar dinləyib, doyunca əyləniblər.
Şən ovqatda keçən tədbirin sonunda uşaqlara bayram sovqatı paylanılıb.