Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb
Bakı, 2 iyun, AZƏRTAC
Rusiya Federasiyasının Rostov vilayətində meşə təsərrüfatında baş verən yanğının sahəsi 117 hektara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
“Yanğınların söndürülməsi küləkli hava səbəbindən çətinləşib, yaşayış məntəqələri üçün təhlükə yoxdur”, - deyə mətbuat xidmətindən bildirilir.
Meşə yanğınının söndürülməsinə 280 fövqəladə hallar xidmətinin mütəxəssisi və 83 texnika cəlb olunub. Həmçinin yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası da cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]