İDMAN
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir
Bakı, 17 fevral, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyunların hamısı eyni gündə gerçəkləşəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” komandası İspaniyada "Sevilya"nın qonağı olacaq. "Dinamo"ya qış fasiləsində keçən M.Emreli də Sevilyaya aparılıb və onun yeni komandada debütünün məhz bu matça təsadüf edəcəyi gözlənilir.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşəcək. "Barselona" İtaliyanın "Napoli" komandasının müqavimətini qırmağa çalışacaq.
Günün bütün görüşləri aşağıdakılardı:
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya);
"Zenit" (Rusiya) - "Betis" (İspaniya);
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya);
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya);
"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya);
"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan);
"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya);
"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya).
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.