REGİONLAR
Bu il Ağcabədidə 50 min tona yaxın şəkər çuğunduru istehsalı proqnozlaşdırılır
Ağcabədi, 25 may, AZƏRTAC
Ağcabədi rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bu il rayon üzrə 883,4 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirilib. Ağcabədili torpaq mülkiyyətçiləri hazırda sahələrdə becərmə işləri aparırlar. Şəkər çuğunduru əkilmiş sahələr alaqdan təmizlənir, suvarılır, mineral gübrələr verilir, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür.
Cari ildə rayonda 50 min tona yaxın şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]