Bu ilin ilk rübündə 4100-dən çox şəxs evdə sosial xidmətlərlə təmin edilib
Bakı, 8 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk rübündə 4117 şəxs evdə səyyar formada sosial xidmətlə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3786 nəfəri tənha ahıl, 331 nəfəri isə əlilliyi olan şəxslərdir. Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib. Həmin xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [11:18]
Ötən gün 56 cinayətin açılması təmin olunub
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [10:00]
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]