BVF MDB-NIN 7 ÖLKƏSİNİN İQTİSADİ İNKİŞAF MƏSƏLƏLƏRİNƏ DAİR KONFRANS KEÇİRƏCƏKDİR
Beynəlxalq Valuta Fondu Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə birgə yanvarın 20-22-də İsveçrənin Lütsern şəhərində MDB-nin yeddi ölkəsinin- Azərbaycan , Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova,Tacikistan və Özbəkistanın iqtisadi inkişaf məsələlərinə dair konfrans keçirəcəkdir.
BVF-dən AZƏRTAC-a daxil olmuş məlumata ğörə, bu ölkələrdə iqtisadi inkişafın sürətləndirilməsi və yoxsulluğun azaldılması perspektivləri konfransın əsas müzakirə mövzuları olacaqdır. Tanınmış iqtisadçılar Kamal Dərvişin, Yeqor Qaydarın, Corc Sorosun, habelə Qırğızıstanın Avropa Birliyində və NATO-dakı səfiri Çingiz Aytmatovun bu məsələlərə dair məruzələri dinləniləcəklər. Yeddi ölkənin hər birinin nümayəndəsi və konfransın təşkilatçıları konkret məsələlər üzrə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]