Cari ildə informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstəriblər
Bakı, 25 may, AZƏRTAC
2018-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 49,3 faizi və ya 281,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]