Cəlilabad rayonunda dağlıq ərazidə 16 hektar sahədə kol-kos və ağaclıq yanıb

Bakı, 6 avqust, AZƏRTAC
Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 hektar sahədə kol-kos və ağaclıq yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Alov söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürmə işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, rayon icra hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.