Cəlilabad rayonunda həyətlərində toy keçirən şəxslər cərimələnib
Bakı, 30 oktyabr, AZƏRTAC
Cəlilabadda fərdi yaşayış evlərinin həyətlərində keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonun Cəfərxanlı və Məşədilər kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil olunan toy məclislərində iştirak edən qonaqların müəyyənləşmiş say həddindən çox olduğu aşkarlanıb.
Karantin rejim qaydalarını pozduqlarına görə toy təşkilatçıları Y.Paşayev və M.İşiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]