“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib VİDEO
Cəlilabad, 21 oktyabr, İ.Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda “Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.
AZƏRTAC xəbər verir ki, mövsümün ilk premyerası M.F.Axundzadənin "Hacı Qara" tamaşası olub.
XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarından bəhs edən “Hacı Qara” əsərinin quruluşunu və musiqi tərtibatını Buludxan Buludov verib. Tamaşanın quruluşçu rəssamı Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir.
Baş rollarını Buludxan və Anar Buludovların oynadığı tamaşanın hazırlanmasında Lənkəran Dövlət Dram Teatrı məsləhətçi qismində çıxış edib.