Cəlilabadda qədim dövrə aid yaşayış məskəni aşkarlanıb
Cəlilabad, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda ilkin orta əsrlər dövrü, Muğan mədəniyyətinə aid yaşayış məskəni aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış məskəni rayonun Maşlıq kəndi ərazisindən keçən "Əyirçay" adlanan çayın kənarında əkin işləri zamanı üzə çıxıb.
Yaşayış məskənində insanın kəllə sümüyü, insana məxsus bud-çanaq oynağı, barmaq falanqaları, kül-ocaq izləri, saxsı nümunələri, üzərində işarələr olan saxsı lövhə aşkarlanıb.
Yerli tarixçi-araşdırmaçı Vüqar Adıgözəlovun sözlərinə görə, tapıntılara əsasən bu yaşayış məskəni ilkin orta əsrlər dövrünə aiddir.
Qeyd edək ki, yaşayış məskəni ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunacaq.