REGİONLAR
Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Cəlilabad, 10 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayon sakini A.Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə A.Kərimovun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub.
Xüsusi karantin rejiminin tələblərini pozan A.Kərimov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.