CƏNUB BÖLGƏSİNDƏ HEYVANLARIN NAMƏLUM XƏSTƏLİKDƏN TƏLƏF OLMASI BARƏDƏ YAYILAN MƏLUMAT ƏSASSIZDIR
Bəzi mətbuat orqanlarında ölkənin cənub bölgəsində guya naməlum virus yayıldığı barədə məlumat dərc edilmişdir. Məlumatda qeyd edilir ki, son iki həftə ərzində bölgədə ev heyvanları kütləvi şəkildə tələf olur, yerli baytarlıq xidmətlərinin mütəxəssisləri isə problemi aradan qaldırmaqda acizliklərini etiraf edirlər.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, materialla tanışlıqdan dərhal sonra Lənkəran, Masallı, Cəlilabad və bölgənin digər rayonlarının baytarlıq idarələrinin rəhbərlərinə məlumatı araşdırmaq barədə göstəriş verilmişdir. Təcili və dəqiq araşdırmalardan sonra aydın olmuşdur ki, bu məlumatın heç bir əsası yoxdur. Son iki həftə ərzində adı çəkilən ərazilərdə iri və xırdabuynuzlu mal-qara arasında xəstəlikdən tələfolma halları qeydə alınmamışdır.
Xidmət KİV nümayəndələrindən bir daha xahiş edir ki, yoxlanılmamış məlumatları dərc etməkdən çəkinsinlər.
Ölkənin bütün ərazisində, o cümlədən cənub bölgəsində epizootik vəziyyət sabitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]