İDMAN
“Çelsi” və PSJ Canluici Donnarummanı sərbəst agent kimi almaq istəyirlər
Bakı, 2 mart, AZƏRTAC
“Çelsi” və PSJ klubları “Milan”ın qapıçısı Canluici Donnarummanı heyətlərinə qatmaqda maraqlıdırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərə və Fransa klubları müqaviləsi bu yay bitəcək qapıçını sərbəst agent kimi almaq istəyirlər. “Milan” ildə 7,5 milyon avro olmaqla satın alma variantı olmadan beşillik müqavilə təklif etməyə hazır olsa da, futbolçu və onun agenti ilə hələ də razılığa gələ bilməyib. C.Donnarumma və agenti öz növbəsində illik 10 milyon avro qarşılığında qısamüddətli müqavilə istəyirlər.
Xatırladaq ki, italiyalı qapıçı A Seriyasında 200-cü matçını keçirərək Buffonun rekordunu qırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]