ÇEVİK POLİS ALAYININ YENİ GEYİMFORMALARINA BAXIŞ KEÇİRİLMİŞDİR
Mərasimdə daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov iştirak etmişdir. Nazir əvvəlcə alayın bölükləri ilə görüşüb, komandirləri dinləmiş, yeni geyim formalarına, kütləvi iğtişaşların qaşısının alınması zamanı istifadə olunan vasitələrə, tikintisi başa çatmaqda olan idman zalına və avtomobil qarajına baxmışdır.
Xüsusi təyinatlı bölüyün nümunəvi çıxışından sonra alay təntənəli marşla nazirin dayandığı tribunanın önündən keçmişdir.
General-polkovnik Ramil Usubov alayın şəxsi heyəti qarşısında çıxış etmiş və demişdir ki, bu gün burada gördüklərimiz bizi çox sevindirdi. Alayın şəxsi heyəti nəinki gözəl forma ilə təmin edilmiş, həm də bölüklər yüksək fiziki hazırlığa, peşəkarlığa malikdir. Biz bunun şahidi olduq.
Nazir vurğulamışdır ki, daxili işlər orqanlarının şəxsi heyəti həmişə dövlətə, dövlətçiliyə sədaqətli xidməti ilə fərqlənmişdir. Bu gün alayın şəxsi heyəti, mən deyərdim ki, daxili işlər orqanlarının ən fəal, mübariz dəstələrindən biridir. Buna qısa bir müddət - son 5-6 ay ərzində nail olunmuşdur.
Ramil Usubov şəxsi heyətə müraciətlə demişdir ki, fiziki hazırlığınızın yüksəkliyi bizi çox sevindirir. Çünki sizin xidmətiniz, fəaliyyətiniz birbaşa fiziki hazırlığın, peşəkarlığın yüksək səviyyəsindən asılıdır. Bu mənada, hesab edirəm ki, alayın rəhbərliyi düzgün yoldadır. Daxili İşlər Nazirliyinin verdiyi göstərişlər böyük məsuliyyətlə yerinə yetirilir.
Nazir bildirmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev daim daxili işlər orqanlarının şəxsi heyətinə, onun sosial problemlərinin həllinə, müasir texniki avadanlıqla təchiz edilməsinə böyük qayğı və diqqət göstərir. Bunun nəticəsidir ki, son 3 il ərzində həm daxili işlər orqanlarında, həm də Daxili Qoşunlarda 10-na qədər yeni, müasir tələblərə cavab verən xidməti binalar tikilib istifadəyə verilmişdir. Bundan əlavə, hər iki qurumda müasir elmi-texniki vasitələrin tətbiq edilməsi sahəsində də uğurlu işlər görülmüş, şəxsi heyət ən müasir texniki vasitələrlə təchiz edilmişdir.
Daxili işlər orqanları, Daxili Qoşunlar və alayın şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının vacibliyini xüsusi qeyd edən nazir əmin olduğunu bildirmişdir ki, bütün şəxsi heyət bundan sonra da dövlətə, vətənimiz Azərbaycana, onun Prezidentinə sədaqətli olamağı öz xidməti borcu hesab edəcəkdir. Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, möhkəm təməl üzərində ucaltdığı müstəqil Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə daha da çiçəklənəcəkdir. Əmin-amanlıq olmadan, asayiş qorunmadan heç bir ölkədə inkişafdan söhbət gedə bilməz. Bax bu məsul missiya, bu məsul fəaliyyət qanunla daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların üzərinə qoyulub. Siz hamınız bu ali xidmətlə, bu ali məsuliyyətlə fəxr etməlisiniz.
Ramil Usubov şəxsi heyəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [12:36]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi
- 17.10.2026 [23:34]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [23:28]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [22:55]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [22:49]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [21:41]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:39]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [21:31]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [21:24]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:54]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [20:45]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [20:17]
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
- 17.10.2026 [20:05]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [20:00]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [19:32]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [18:11]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:58]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [17:31]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [15:45]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [15:42]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [15:38]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [15:01]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [14:25]