Çin polisi 135 kiloqram metamfetamin müsadirə edib
Pekin, 28 iyun, AZƏRTAC
Çin polisinin Çunçin şəhərində keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstənin 6 üzvü saxlanılıb. Onlardan 135 kiloqram metamfetamin maddəsi və 1,2 milyon yuan (təxminən 174 min ABŞ dolları) pul müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, polisə dəstə üzvlərinin qonşu Myanmadan Çinin Yunnan vilayətinə, oradan da Çunçin şəhərinə qeyri-qanuni yolla narkotik vasitələr gətirməsi barədə məlumat daxil olub. İlkin araşdırmadan sonra keçirilmiş əməliyyat nəticəsində dəstənin 3 üzvü, növbəti əməliyyatda isə digər 3 nəfər saxlanılıb. Hazırda təhqiqat aparılır.
Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələrini Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]