DÜNYA
Çin şirkəti 226 min avtomobili geri çağırır
Pekin, 2 sentyabr, AZƏRTAC
Çinin iri avtomobil istehsalçılarından olan "Brilliance Auto" 226 min avtomobili yanacaq nasosundakı nasazlığa görə geri çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Oktyabrın 1-dən başlayacaq geriçağırma prosesi 2010-2014-cü illərdə istehsal olunan "Brilliance V5", "Brilliance H530", "Brilliance Junjie FSV" və "Brilliance Junjie FRV" avtomobillərini əhatə edəcək.
Administrasiya mütəxəssislərinin qənaətinə görə, həmin avtomobillərin yanacaq nasosundakı nasazlıq yanacaq sızmasına, o da öz növbəsində, yanğının meydana gəlməsinə səbəb ola bilər. "Brilliance Auto" nasaz detalları öz hesabına dəyişəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [18:02]
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər
- 17.05.2024 [17:19]
CAR-da çökən binada xilasetmə işləri yekunlaşır
- 17.05.2024 [16:49]
Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur
- 17.05.2024 [16:22]
İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb
- 17.05.2024 [16:15]
Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib
- 17.05.2024 [15:17]