Çin və ABŞ dövlət başçıları Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə ediblər
Pekin, 8 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı Şimali Koreyanın nüvə silahsızlaşdırılması məsələsi müzakirə olunub.
AZƏRTAC “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, Si Cinpin ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsində müsbət rolunu davam etdirmək niyyətində olduğunu deyib. O, rəsmi Pekinin ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünü dəstəklədiyini bəyan edib.
ABŞ-ın Koreya yarımadası ilə bağlı məsələdə Çinin mövqeyinə böyük diqqət yetirdiyini bildirən Donald Tramp bu məsələdə Çin ilə ünsiyyətin və əlaqələndirmənin dərinləşdirilməsini arzuladığını deyib.
Tərəflər telefon danışığı zamanı iki ölkə arasında ticarət məsələlərini də müzakirə ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]