Çinin xarici ticarəti 5,8 faiz artıb
Pekin, 9 may, AZƏRTAC
Çinin xarici ticarəti yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5, 8 faiz artaraq, 13,32 trilyon yuana (1,92 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC Çin Baş Gömrük Administrasiyasının məlumatına istinadla xəbər verir ki, bu dövrdə ixrac 10,6 faiz, idxal isə 0,02 faiz çoxalıb. Hesabat dövründə Çinin ən böyük ticarət tərəfdaşları Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri, Avropa İttifaqı və ABŞ olub. Çin ixracın ümumi dəyərinə görə dünyada birinci, idxalın dəyərinə görə isə ABŞ-dan sonra ikinci yerdədir. Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə, dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]