Çinin xarici ticarəti 6,4 faiz azalıb
Pekin, 14 aprel, AZƏRTAC
Çin Xalq Respublikasının xarici ticarəti ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq 6,57 trilyon yuana (təxminən 930 milyard ABŞ dolları) düşüb.
AZƏRTAC xəbər verir ki, Çin Baş Gömrük Administrasiyasının məsələ barədə yaydığı açıqlamda xarici ticarətin azalmasının COVID-19 pandemiyası ilə bağlı olduğu bildirilir. Hesabat dövründə Çinin ixracı 11,4 faiz, idxalı isə 0,7 faiz azalıb.
Administrasiyasının statistika və təhlil departamentinin direktoru Li Kuyven mərkəzi və yerli hökumətin xarici ticarətin sabitləşdirilməsi istiqamətində, o cümlədən istehsalın bərpası ilə bağlı həyata keçirdiyi müxtəlif tədbir hesabına ilin ilk 2 ayı ilə müqayisədə martda ixrac və idxalda artımın müşahidə olunduğunu deyib.
İlin birinci rübünün nəticələrinə əsasən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri Avropa İttifaqını qabaqlayaraq 140,7 milyard dollarla Çinin xarici ticarətində ilk yeri tutub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Avropa İttifaqı ilə ticarət 10,4, ABŞ-a isə 18,3 faiz azalıb.
Hesabat dövründə Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarətində 3,2 faiz artım qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]