CƏMİYYƏT
Cinayət törətdiyinə görə 28 nəfər tutulmuşdur
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 52 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 9 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölmüş, 11 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 28 nəfər tutulmuşdur.