CON KENNEDİNİN QOHUMU HAQQINDA MƏHKƏMƏ HÖKMÜ QÜVVƏDƏ QALMIŞDIR
2000-ci ildə Maykla qarşı irəli sürülən ittihamda o, 1975-ci ildə 15 yaşlı Martanı ölənəcən döyməkdə təqsirləndirilmişdir. İstintaq 25 ildən çox çəkmişdir, çünki həmin dövr ərzində bəzi əsas şahidlər dünyasını dəyişmişlər. Bundan başqa, istintaqın gedişində məlum olmuşdur ki, Skeykel polisə və atasının tutduğu detektivlərə ziddiyyətli ifadələr vermişdir.
Mayklın sözlərinə görə, həmin gecə onun evində qonaqlıq idi və çoxlu spirtli içki içdiyindən qonaqlıq haqqında onda ancaq dumanlı xatirələr qalmışdır. Təkcə bu yadındadır ki, qarajdan qolf ağacını götürüb, meşəyə qaçmışdır. O, yalnız ertəsi gün ayılmış və özünü evdə görmüşdür. Sonrakı bütün illər ərzində həmin gecə nələr baş verdiyini heç cür xatırlaya bilməmişdir, hərçənd əmin idi ki, cinayəti məhz o törətmişdir.
Marta Mokslinin qətli son onilliklərdə ABŞ-da ən müəmmalı qətllərdən biri sayılır, bu barədə neçə-neçə kitab yazılmışdır. Skeykelin işi diqqəti ilk növbədə ona görə cəlb etmişdir ki, o, ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı, senator və ədliyyə naziri, 1968-ci ildə güllələnmiş Robert Kennedinin dul xanımı Etel Kennedi-Skeykelin qardaşı oğludur.