CORC BUŞ PEKİN OLİMPİADASINA GETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Corc Buş Olimpiada yarışlarını izləmək üçün Pekinə getmək niyyətini açıq bildirmişdir. ABŞ-ın vitse-prezidenti Riçard Çeyni Amerika jurnalistlərinə müsahibəsində demişdir: “O, bunu ilk növbədə idman hadisəsi sayır”.
Vitse-prezident demişdir ki, C.Buş son vaxtlar narahatlığa səbəb olan hadisələrlə bağlı tez-tez Çin rəhbərliyi ilə söhbətlər aparır. ABŞ Prezidenti hesab edir ki, “çinlilərin hərəkətləri ilə bağlı məsələlərdə irəliləyişə və dəyişikliklərə nail olmaq üçün ən yaxşı üsul onlarla sakit danışmaqdır. Olimpiadanı boykot etmək isə düzgün yol deyildir. Bu, əslində, idmançılarımızı cəzalandırmaq deməkdir”.
R.Çeyni demişdir: “Heç şübhəsiz, Buş anlatmışdır ki, Pekinə getməyi planlaşdırır və əgər getməsə, mən təəccüblənərəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]