COVID-19: Fransada son sutkada 24 minə yaxın yeni yoluxma qeydə alınıb
Paris, 20 avqust, AZƏRTAC
Fransada son sutkada COVID-19 virusuna 23 973 yeni yoluxma qeydə alınıb, 127 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, xəstəxanalarda 10 392 virus xəstəsi var. Reanimasiya şöbələrində intensiv müalicə alan virus xəstələrinin sayı 2 049-a çatıb. Son 24 saatda xəstəxanalara 976, reanimasiya şöbələrinə isə 186 yeni ağır vəziyyətdə olan virus xəstəsi daxil olub.
Ölkədə COVID-19 pandemiyası başlayandan 6 557 356 yoluxma və 113 083 ölüm faktı qeydə alınıb. Epidemiya başlayandan xəstəxanalarda 401 284 virus xəstəsi sağalıb.
Virus xəstələrinin 98,7 faizi koronovirusun Delta ştamına yoluxanlardır. Son beynəlxalq elmi-tədqiqatlar Pfizer/BioNTech tərəfindən COVID-19 peyvəndinin effektivliyi altı ay ərzində 96 faizdən 84 faizə düşüb. Pfizer laboratoriyası son həftələr səhiyyə üzrə rəhbərləri 3-cü dozanı vurmağa çağırış edib. Fransada sentyabrın 1-dən 80 yaşdan yuxarı insanlara, eləcə də zəif kateqoriyadan olanlara peyvəndin 3-cü dozasının vurulması ilə bağlı kampaniya başlayacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris