Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

III hissə

Bakı, 28 may, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Sərəncama müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir, habelə bu mövzu KİV-də geniş işıqlandırılır.

AZƏRTAC bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin məqaləsinin üçüncü hissəsini təqdim edir.

Formulun üçüncü prinsipi islamlaşmaq islam-islam milləti-islam birliyi inkişaf yollarından keçib. Lakin XIX əsrdə ictimai-siyasi mühitdə baş verən hadisələr, ictimai şüurun oyanışı islam aləminə də öz təsirini göstərib, mütəfəkkirlərin fərqli yanaşması ilə nəticələnib. Bütün bunlar islamın ya tənqidi, ya da islamdan kənarda nicat yolunun olmaması ilə bağlı fikirlərə yol açıb. Mirzə Fətəli Axundzadə yazırdı: “...müsəlmanlar arasında birinci olaraq yalnız avropalılara məlum olan əsərlərlə tanış olduğum və həmvətənlərimi onlarla tanış etdiyim üçün fəxr etməyə cəsarət edə bilərəm”.

M.F.Axundzadə geriliyin səbəblərini islamda axtarırdı. Onlardan biri islami əlifba adı ilə tanınan əlifbanın dəyişilməsi məsələsi idi ki, görkəmli islahatçı ömrünün 17 ilini buna həsr etmişdi. İctimai quruluşu kökündən dəyişmək ideyası (“Aldanmış kəvakib”), azadlıq, demokratik quruluş, ictimai tərəqqi, bərabərlik (“Kəmalüddövlə məktubları”), mövhumat və sxolastikanın kəskin tənqidi kimi məsələlər M.F.Axundzadənin əsərlərində polemik, fəlsəfi, publisist şəkildə qoyulurdu: “Heyif sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin torpağın xərabdır və əhlin nadandır və sivilizasiyoni-cahandan bixəbərdir və azadiyyətdən məhrumdur və padşahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru sənin zəif və natəvanlığına bais olubdur...”.

Azərbaycan ictimai fikrinin formalaşmasında böyük rolu olan H.Zərdabinin məqalələrində isə “müsəlman milləti”, “islam milləti” ifadələri işlədilir. O, “Əkinçi” qəzetinin 1876-cı il 14 aprel nömrəsində yazırdı: “Bu halda müsəlman milləti tufana düşmüş gəmi təkidir ki, hər ləpə onun bir hissəsini aparıb qərq edir”. H.Zərdabinin və Azərbaycan ziyalılarının bir çoxunun məqalələrində “Qafqaz müsəlmanları” ifadəsi də işlədilirdi. Lakin “Həyat” qəzetindəki “İttihadi lisan” məqaləsində H.Zərdabi “Biz - Rusiya dövlətinə tabe olan müsəlmanların hamısı türkdürlər. Bizim əsil dilimiz türk dilidir” qənaətinə gəlmişdi. O zaman bu qənaətdə olanların sayı xeyli çoxalmışdı.

Qərbin Osmanlıda yaşayan xristian əhalini ayrılmağa yönəltdiyi bir zamanda ziyalılar osmanlıçılıq şüarını irəli sürərək burada yaşayan xalqları bu birlik ətrafında birləşdirməyi düşünürdü. II Əbdülhəmid zamanında Gənc türklər Avropadakı siyasi təşkilatlanmaya paralel olaraq din və irq birliyini önə çıxardılar. Ancaq İslam birliyi ideyası, düşüncəsi dini olmaqdan daha çox siyasi məzmun daşıyırdı. İslamçılıq bir siyasi məfkurə olaraq Osmanlıda XIX əsrin 60-70-ci illərində doğulur və Osmanlı ziyalılarının ən çox üzərində mübahisə apardığı bir mövzu olur. Bu zaman üslubu, təfəkkürü, mühakimələri ilə Əli Süavi önə çıxır. O, redaktoru olduğu “Müxbir” qəzetinin ilk nömrəsindən başlayaraq “islami birlik” sözünü daha sıx işlədir. Yeni dövlət quruluşunda İslamın yerini müəyyən etməyə çalışır, idarəçiliyi və siyasəti ağıla və təcrübəyə aid edir. O, Quranın hər millətin öz dilinə tərcümə edilməsi və xütbələrin də öz dillərində səsləndirilməsini irəli sürürdü.

Qərbdə panislamizmin ideologiyasına qarşı fikrin yenicə formalaşdığı bir dövrdə səhnəyə Cəmaləddin Əfqani çıxır. O, avropalı müxbir Artold Arnolda müsahibəsində deyirdi: “Quranın həqiqi ruhu tamamilə azad düşüncələrə və yeni fikirlərə əsaslanır. İndi islam aləmində mövcud olan nizamsızlıqların və mühafizəkarlığın əsl islam qanunları ilə heç bir əlaqəsi yoxdur. Bunlar cahil təfsirçilərin islam şəriətinə etdikləri əlavə şeylərdir. Zaman keçdikcə, bunlar üzə çıxacaq. Buna görə də hər bir müsəlman alimi Avropasayağı azadlıq fikirləri ilə yaxından tanış olsa, Quran təliminə müraciət etməklə çətinlik çəkmədən xalqı bu gün tələb olunan azadlıq fikirləri və düşüncələri ilə aşina edə bilər və bu işi Lüterin qarşılaşdığı çətinliklər olmadan həyata keçirmək asanlaşar”. Müxbirin “Sizin təklifləriniz bütün müsəlman ölkələrində həyata keçirilə bilərmi?” sualına cavabında isə demişdi: “Müsəlman xalqları öz aralarındakı ixtilaflara baxmayaraq, bir-biri ilə o dərəcədə birləşmişlər ki, bir ölkədə gedən islahat, sözsüz, bütün digər müsəlman ölkələrində də öz təsirini buraxacaqdır”.

C.Əfqani islama fəlsəfi cəhətdən yanaşır, dini xurafatı rədd etməklə yanaşı, islam döyüşkənliyinə xüsusi önəm verərək “müsəlmanları bugünkü qəflətlərdən, gücsüz və qüdrətsizliklərdən” ancaq dinin islahı yolu ilə çıxarmağı düşünürdü. “Renana cavab” məqaləsində bunu aydın görmək olar.

C.Əfqani və H.Zərdabidən sonra İ.Qaspıralı da ictimai fikirdə yeni formul axtarışında olub. Onun “Tərcüman” qəzetinin əsas auditoriyası müsəlman aləmindən daha çox, türk dünyası olub, fikir və mesajlarını da bu istiqamətdə verib. Qəzetin “Dildə, fikirdə, işdə birlik” şüarında dil birliyi öndə gəlir. İ.Qaspıralı ömrünün sonuna qədər dil birliyini müdafiə edib, ümumtürk ədəbi dilinin formalaşmasına çalışıb. O, dildə birliyi qəzet vasitəsilə həyata keçirmək istəyib və redaktoru olduğu “Tərcüman” qəzeti on ildən çox bu missiyanı təkbaşına yerinə yetirib.

XX əsrin əvvəllərində haqqında danışdığımız formul Y.Akçura yaradıcılığı ilə bir qədər də genişlənir. Bütün həyatını türkçülük probleminə həsr edən Y.Akçura 1904-cü ildə yazdığı “Üç tərzi siyasət” (“Siyasətin üç tərzi”) adlı fundamental əsərində formulun ilkin şəklini ortaya qoyur. Demək lazımdır ki, buna qədər formulun hər bir təməl prinsipi ayrılıqda yol gəlirsə, bu əsərdən sonra birgə şəkil alır və sonrakı dövrdə edilən əlavələr, istiqamətlər buradan yola çıxır. O yazırdı: “Daha mühümü, yer üzündəki bütün müsəlmanların getdikcə qüvvətlənmək üzrə birləşməsi və beləcə anqlo-sakson, german, slav, latın və bəlkə sarı irqin birləşmələrilə meydana gələcək böyük qüvvətlər arasında varlığını qoruya biləcək, din üzərinə müstənid bir qüvvətin doğması üçün hazırlanacaq”.

Y.Akçura islam birliyi siyasətinin bir tərəfdən Asiya, digər tərəfdən Afrikanın böyük bir hissinə hakim ola biləcəyinə inanırdı. Onun fikrincə, osmanlı məmləkətində din əsasına dayanan müsəlman birliyi qurulacaq ki, bu da müsəlmanların xəlifə ətrafında toplanması üçün sağlam bir zəmin hazırlamış olacaq. Ancaq Y.Akçura müsəlman birliyinin meydana gəlməsi üçün böyük vaxt lazım olduğunu qeyd edirdi.

Azərbaycan ədəbi, ictimai mühitinin islamçılıq təməl prinsipinə əlavələri çox olub. Ə.Ağaoğlu, Ə.Hüseynzadə və H.Vəzirov bu mövzunu gündəmdə saxlayıblar. Onların məqalələrini məzmunca iki hissəyə ayırmaq olar: birincisi, islamla, onun müasir durumu ilə bağlı yazılar; ikincisi, islam birliyi və islamçılıqla bağlı məfkurəvi yazılar.

Ə.Ağaoğlunun Parisdə təhsil alarkən J.Darmsteter, C.Əfqani və E.Renanla tanış olması, eləcə də Avropada məfkurələşmə (panislamizm, panslavizm, millətləşmə və s.) mübahisələrinə qoşulması onu islam-islamçılıq-islamlaşma mövzusuna daha da yaxınlaşdırır. Hələ tələbə ikən Londonda keçirilən (1892) konfransda “Şiə məzhəbinin qaynaqları” mövzusunda məruzə ilə çıxış edir. Bir il sonra isə E.Renanın “İslam dini elmin və sivilizasiyanın inkişafı üçün əngəl törədir” fikri ətrafında rusca çıxan “Kavkaz” qəzetində məqalə ilə çıxış edir və həmin vaxtdan etibarən islamla bağlı müxtəlif məqalələr yazır. “İslam və axund” əsəri hələ çap olunmadan xalq və ruhanilər arasında qızğın müzakirələrə səbəb olur. Əsərdə məzhəb ayrılığının islama verdiyi zərərdən söhbət açılırdı. 1901-ci ildə rus dilində yazdığı “İslama görə və islamlıqda qadın” əsərində qadının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. O, müəllimi C.Əfqaninin islamda islahatlarını davam etdirərək yazırdı: “Müsəlman dünyasının qəflət yuxusundan oyadılması, onun mədəni xalqlar siyahısına daxil olması üçün güclü sarsılma olmalıdır ki, müsəlmanlar da öz islahedilmə mərhələsini keçsin və nəticədə onlardan da möhkəm iradəyə malik, canından keçməyə hazır olan bir rəhbər çıxmış olsun”.

“Panislamizm, onun xarakteri və istiqaməti”, “Müsəlman xalqlarının vəziyyəti”, “Misir və ingilislər”, “Pessimistin düşüncələri”, “İslamın yarandığı ilk dövrün etüdləri” və digər məqalələrində Ə.Ağaoğlu islamın dünəni, bu günü və gələcəyi ilə bağlı fikirlər irəli sürürdü. O, bəzən axundları, ruhaniləri tənqid etsə də, islami birliyi əsas götürənlərdən idi. Qərbdə yayılan panislamizm ideyasına sərt şəkildə cavab verərək onun rus və Avropa qaragüruhçularının təsəvvür etdikləri şəkildə müsəlmanlar arasında mövcudluğunu inkar edir və uydurma olduğunu deyirdi.

Azərbaycan mətbuatında islamla bağlı məqalə yazanlardan biri də Haşım bəy Vəzirov idi. O, islamın təkcə müdafiəçisi kimi çıxış etmir, həm də onun inkişafına əngəl olan problemlərə toxunur, cəhalətə qarşı çıxırdı. Həmin dövrdə tənqidi realizmin birtərəfli olaraq islamın üzərinə hücuma keçdiyi bir vaxtda H.Vəzirovun bu mövqeyi onun islama dərindən bağlı olduğunu göstərirdi. “Eydi kəbir məsələsi”, “Polşa və Litva müsəlmanları”, “Alman mətbuatı və İran işləri”, “İslamiyyətə hücum”, “Panislamizm məsələsi və ermənilər”, “Məsləkimiz”, “Xeyirxah qonşularımız” və digər məqalələrində cəmiyyətin tərəqqisi üçün dini məsələlərə müasir tələblərdən yanaşmanı zəruri hesab edirdi. Publisistin haqqında ən çox qələm çaldığı problem isə panislamizm və bunun üzərindən islama edilən hücumlar idi. Panislamizmə aid silsilə məqalələrində Avropada bu terminlə bağlı səhv fikirlərə münasibət bildirən H.Vəzirov bunu da deməkdən çəkinmirdi ki, “panislamizm”, və ya “ittihadi-islam” bizim bədbəxtliyimizdən hələ ki, yoxdur. Amma ümidvarıq ki, inşallah olacaq və o halda bu məsələ nə Rusiyadan, nə Avropa dövlətlərinin heç birindən gizli qalmayacaq. Ümumiyyətlə, islam birliyi H.Vəzirovun məqalələrindən qırmızı xətlə keçir və o, bu birliyi yalnız arzu etmir, həm də “ittihadi-islam”ın yollarını göstərirdi.

Ə.Hüseynzadə də islam amilinə önəm verdiyindəndir ki, baş redaktoru olduğu “Həyat” qəzetini “türkcə” və “islamiyyə” qəzeti adlandırmışdı. Onun yaradıcılığında islamçılıq digər iki prinsipə görə bir qədər zəif təsir bağışlayır. Yəni türklük və avropaçılıq, milli birlik, vahid ədəbi dil problemi yaradıcılığında daha geniş və təfsilatı ilə işlənib. Bununla belə, Ə.Hüseynzadə islam dininin ümumbəşəri mənəvi-əxlaqi dəyərlərini yüksək qiymətləndirib, Quranın bütün müsəlman xalqlarının dilinə tərcümə edilməsini vacib hesab edib. “Allahını tanıyan millət milli birliyini dərk edəcəkdir” fikrinin müəllifi “Siyasəti-fürusət” əsərində İran mütləqiyyətini satirik sarkazmla tənqid edirdi. Ə.Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 2 iyun tarixli nömrəsində öz konsepsiyasının dörd ana xəttini irəli sürürdü: “1. Biz insanız 2. Biz qafqazlıyız 3. Biz müsəlmanız 4. Biz türküz”. O, müxtəlif məzhəb və dinlərin türkləri ayırdığına diqqət çəkir və vurğulayırdı ki, “yalnız islam dini türklər arasında yayıldıqdan sonra bu din onların lisanına, ədəbiyyat və əxlaqi-adətlərinə əzim bir təbəddül vücuda gətirmişdir”. Ə.Hüseynzadə “bizim üçün islam xaricində nicat yoxdur”, - deyərkən Avropa elmini, mədəniyyətini öyrənməyə qarşı çıxmayıb. Məqalələrinin birində “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai!” fikrində “islam etiqadlı” islamçılıq, islamlaşma olmasa da, islam düşüncəsini əks etdirirdi.

Türkiyədə “İttihad və tərəqqi” partiyasının fəallaşması və Z.Göyalpın onun sıralarına daxil olub Diyarbəkir təmsilçisi seçilməsindən (1909) sonra üç təməl prinsip özünün yeni mərhələsini yaşayır. O, əsərlərində islamçılığın nəzəri konturlarını müəyyənləşdirməyə, onun siyasi məfkurə şəklinə düşməsinə çalışırdı. İslamçılığın milliyyət fikrinə zidd olmadığını və onların bir çətirdə mövcudluğunun mümkünlüyü, çağdaş islam türkçülüyü fikrini də irəli sürürdü. Z.Göyalp 1915-1917-ci illərdə cidd-cəhdlə bu üç təməlin bir-biri ilə uzlaşdırılması üzərində düşünür və bu istiqamətdə araşdırmalar aparırdı. O, türkçülərin ayrıca bir ümmət proqramının olması qənaətində idi. Bu proqramda müsəlman xalqlarının eyni əlifbadan istifadə etmələri, ortaq elmi terminlərdən istifadə, dini idarələr arasında əlaqənin yaradılması kimi məsələlər nəzərdə tutulurdu. Bunun üçün təhsil və termin konfranslarının da keçirilməsi planlaşdırılırdı. Onun fikrincə, türkçülüyün millət məfkurəsi türkçülükdürsə, ümmət məfkurəsi islamçılıqdır. Z.Göyalpın müəyyənləşdirdiyi ictimai əqidənin üç təməl prinsipindən ikincisini islam ümməti təşkil edirdi: “Türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm”.

M.Ə.Rəsulzadə də Türkiyədən qayıtdıqdan sonra Z.Göyalpla paralel olaraq məqalələrində ictimai, siyasi notları artırdığı kimi, fikirlərində də məfkurəçiliyə geniş yer verirdi. “Milli dirilik” adlı silsilə məqalələrində M.Ə.Rəsulzadə “milliyyətpərvərlik naminə inad edib də islam millətinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruz” sualı ətrafında fikirlərini bildirirdi. “Tutacağımız yol” məqaləsində isə üç təməl prinsipin adını çəkir və onlardan biri olan islamlaşmaq haqqında yazırdı: “Dincə müsəlmanız... Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti - islamiyyəyə daxiliz. Bütün islam millətləri ilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə, ortaq bir təməddünə malikiz.... Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrər etdiyi kibi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz”.

Beləliklə, yarım əsrdən çox yol gələn üç təməl prinsipdən üçüncünün - islamlaşmağın keçdiyi inkişaf yoluna müəyyən dərəcədə nəzər saldıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib