Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
Naxçıvan, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Naxçıvanda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Naxçıvan şəhəri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında da anılıb. İcra hakimiyyətlərinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, sakinlər Ulu Öndərin rayon mərkəzlərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını göstəriblər.