Dağıstanın hakimiyyət orqanları sərhəddə qalan Azərbaycan vətəndaşlarına yardım edirlər
Moskva, 14 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Dağıstan Respublikasının hakimiyyət orqanları koronavirusla əlaqədar sərhədin bağlanmasına görə ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşlarına yardım edirlər.
AZƏRTAC xəbər verir ki, Dağıstanın Maqaramkent rayonunun başçısı Fərid Əhmədov jurnalistlərə müsahibəsində sərhəddə 300-ə yaxın Azərbaycan vətəndaşının olduğunu bildirib. Qeyd edib ki, onlar koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması səbəbindən Azərbaycana keçə bilməyiblər.
F.Əhmədovun sözlərinə görə, təxminən 130 nəfər məsciddə və iki oteldə, daha 130 nəfər isə Dərbənd şəhəri yaxınlığındakı “Çayka” turizm bazasında yerləşdirilib. Onlar qida və dərman ilə təmin olunublar. Digər vətəndaşlar isə sərhədin tezliklə açılmayacağını öyrənərək geriyə, gəldikləri şəhərlərə qayıdıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]
Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək
- 13.10.2026 [12:44]