“Dakar” rallisində naviqasiya ilə bağlı problem yaranıb
Bakı, 11 yanvar, AZƏRTAC
Avtoidman həvəskarları hər il keçirilən “Dakar” rallisini maraqla izləyir. Amma son vaxtlar yarışla bağlı müəyyən narazılıqlar qeydə alınır. Pilotlar naviqasiya sistemindən şikayətçidir.
AZƏRTAC xəbər verir ki, “Dakar” rallisinin üçqat qalibi Karlos Sayns bu il Səudiyyə Ərəbistanında keçirilən yarışdan narazı qalıb. Məşhur pilot naviqasiya sistemi ilə bağlı problemdən şikayətlənib: “Özümü çox pis hiss edirəm. Biz sanki ralli-reyd yarışında qüvvəmizi sınamırıq. Bu günə qədər 14 dəfə “Dakar” yarışında iştirak etmişəm, amma heç vaxt belə problemlə üzləşməmişəm. Mən yolu itirdiyimdən yarım saat səhranın ortasında qalmışam. Özü də bu hal iki dəfə təkrarlanıb. Bu, “Dakar” deyil. Buna ralli demirlər. Biz sanki lotereya oynayırıq”.
Ralli üzrə doqquzqat dünya çempionu Sebastyan Löb də Saynsa dəstək olub. O, ekipaj üzvlərinin yolu tapmaqda çətinlik çəkdiyini söyləyib: “Doğru olan istiqaməti tapmaq çətindir. Yolları görmək mümkün deyil. İzlər pilotları başqa yerlərə gətirib çıxarır. Azdıqdan sonra isə vəziyyətdən çıxış yolu tapmaq olmur. Cənubi Amerikada keçirilən “Dakar” rallisində belə problem olmurdu. Bir pilot kimi nəticə verə bilmirəm. Mənə nə deyirlər onu da edirəm. Bu pilotların yox, şturmanların yarışıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]