CƏMİYYƏT
Daşkəsəndə və Bakıda baş vermiş yanğınların yayılmasının qarşısı alınmışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Daşkəsən rayonunun Bayan kəndində ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli dörd otaqlı evdə yanğın baş vermişdir. Hadisə nəticəsində evin ikinci mərtəbəsinin və dam örtüyünün 80 kvadratmetr hissəsi yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, evin qalan hissəsini yanğından mühafizə etmişlər.
Paytaxtın Səbail rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli iki otaqlı evdə baş vermiş yanğın isə dam örtüyünün yanması ilə nəticələnmişdir. Yanğınsöndürənlər alovun yaşayış sahəsinə yayılmasının qarşısını ala bilmişlər.
Hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]