David Narmaniya: Azərbaycan ilə Gürcüstanın energetikləri çox sıx və səmərəli əməkdaşlıq edirlər
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Biz enerji sektorunda Azərbaycanla çox yaxşı əməkdaşlıq edirik. Elektrik enerjisi məhsullarının, eləcə də enerji bazarının müxtəlif istiqamətlərində əməkdaşlığımız var. Demək olar ki, bizim hər gün müxtəlif təmaslarımız olur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmaniya deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun marketinq istiqamətində çalışan mütəxəssisləri Azərbaycandakı həmkarlarımızla çox sıx və səmərəli əməkdaşlıq edirlər: “Azərbaycan nümayəndələri müxtəlif enerji istehsalı sahələrində iştirak edir və bizim keçirdiyimiz forum və digər tədbirlərdə yaxından iştirak edirlər. Bundan əlavə, biz qarşılıqlı təcrübə mübadiləsi aparırıq. Bununla yanaşı, investisiya məsələləri ilə bağlı da çoxlu görüşlərimiz də olur”.
“Biz marketinq mütəxəssisləri olaraq istəyirik ki, Azərbaycandan olan tərəfdaşlar Gürcüstandakı şirkətlərimizə, eləcə də marketinq formalarımıza və prosedurlarımıza maraq göstərsinlər”, – deyə David Narmaniya vurğulayıb.