DƏDƏ ŞƏMŞİRİN 115 İLLİK YUBİLEYİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 115 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcəkdir.
Aşıq poeziyası vurğunlarının, folklorşünas alimlərin iştirak edəcəkləri tədbirdə Dədə Şəmşirin Azərbaycan aşıq yaradıcılığındakı xidmətlərindən, onun həyatından və insani keyfiyyətlərindən söz açılacaq, ustad haqqında xatirələrini söyləyəcəklər.
Tədbir aşıqların konserti ilə müşayiət olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]