“DƏDƏM QORQUD” KİTABININ YENİ VARİANTI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, şair-tərcüməçi, filologiya elmləri namizədi Rəşid Təhməzoğlunun “Dədəm Qorqud” epos-poemasının yeni variantı işıq üzü görmüşdür. Bu nəşr əvvəlkindən köklü surətdə fərqlənir. Müəllif əsər üzərində yenidən işləmiş, boyların sayını on birə çatdırmışdır.
“Kitabi-Dədə Qorqud”un bütün dastanlarının məzmununu əhatə edən yeni variantda müəllif ənənəsinə sadiq qalaraq əsəri yazarkən ərəb və fars mənşəli sözlərdən mümkün qədər az istifadə etməyə çalışmışdır.
Epos-poema on bir hissədən-boydan, “Son söz yerinə” adlı ümumiləşdirici bölmədən və çətin sözlərin lüğətindən ibarətdir. Müəllif təhkiyəsində epos-poemanın hər bir bəndi Dədə Qorquda müraciətlə yazılmışdır.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev kitaba giriş sözündə yazır: Müəllifin bioqrafiyası ilə tanışlıqdan məlum olur ki, bu əsər Rəşid Təhməzoğlunun yeganə qələm təcrübəsi deyildir. O, belə son dərəcə məsuliyyətli bir işə başlayarkən artıq mətbuatda dərc edilmiş şeirləri, poetik topluları və poemaları ilə qələmini çoxdan sınaqdan çıxarmışdı. Filoloq alimdir. Bunlar onun bu əzəmətli qədim abidəyə maraq və cəsarətinin təbii göstəricisidir.
Kitabın redaktoru Qəzənfər Kazımov, elmi məsləhətçisi Əmirşah Babaşahoğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]