DEKABRDA HAVANIN SABİT OLACAĞI GÖZLƏNİLİR
Bakıda və Abşeron yarımadasında 6,5-7 dərəcə isti (gecə 3-4 dərəcə, gündüz 8-10 dərəcə), yağıntı səviyyəsi normaya yaxın (24-34 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0,3-2,7 dərəcə, yağıntının miqdarı normaya yaxın (14-35 mm) olacaqdır. Yuxarı Qarabağda, İstisu-Laçında, Daşkəsən-Gədəbəydə orta aylıq temperaturun 0,3-1,6 dərəcə, yağıntının miqdarının normaya yaxın (27 –53 mm) olacağı gözlənilir. Qazax-Gəncədə, Ağdam-Füzulidə orta aylıq temperatur 3-4,4 dərəcə, yağıntının miqdarı normaya yaxın (13-16 mm) olacaqdır. Balakən-Şəki-Qəbələdə, Şamaxı-İsmayıllıda, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 1-4 dərəcə isti, bəzi yerlərdə normadan 1 dərəcə aşağı, yağıntının miqdarının norma həddində (24-48 mm), şərq rayonlarında normadan yuxarı olacağı bildirilir. Mərkəzi Aran rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti, bir sıra yerlərdə normadan 1 dərəcə aşağı, yağıntının miqdarının normada (16-32 mm), ayrı-ayrı şərq rayonlarında normadan yüksək olacağı gözlənilir. Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 6-8 dərəcə isti, yağıntının miqdarı normada (58-106 mm) olacaqdır.