İQTİSADİYYAT
DƏMİR YOLU İLƏ SƏRNİŞİN VƏ YÜK DAŞINMALARININ HƏCMİ ARTMIŞDIR
Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) və Qars-Tbilisi dəmir yolu xətlərinin çəkilməsi üçün aparılan danışıqlar və əldə olunan nəticələr barədə məlumat verən idarə rəisi demişdir ki, Qars-Tbilisi dəmir yolunun tikintisinə 400 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaqdır. MDB ölkələri ilə Türkiyə arasında yeganə dəmir yolu əlaqəsi yaradacaq bu dəhlizlə Çin, Monqolustan və digər dövlətlər də Türkiyə ərazisindən Avropaya çıxış imkanı qazanacaqlar.
A.Əsgərov bildirmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara–Astara dəmir yolu layihəsinin reallaşması istiqamətində də müsbət nəticə əldə edilmişdir. Hazırda layihənin həyata keçirilməsi və gələcəkdə dəmir yolu xəttinin istismarı üçün səhmdar cəmiyyətin yaradılması müzakirə olunur.