DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF UĞRUNDATƏŞKİLAT – GUAM XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ BƏYANATI
Şura xüsusi olaraq qeyd edir ki, qondarma “referendum”un keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı, beynəlxalq hüququn müvafiq norma və prinsiplərini pozur və məhz bu səbəbdən onun heç bir hüquqi effekti olmayacaq və nəticələri qüvvəsiz hesab ediləcəkdir.
Nazirlər vurğulayırlar ki, qondarma “referendum” davam edən sülh prosesinə mane olur və regiondakı fait accompli (baş vermiş faktlar – hüq.) vəziyyətini yaradaraq beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi ilə təşkil edilir.
GUAM Şurası xüsusi olaraq bildirir ki, bu kimi addım ümumbəşəri demokratiya standartları və dəyərləri, qanunun aliliyi və insan hüquqları ilə ziddiyyət təşkil edir. Dağlıq Qarabağ regionu əhalisinin özünü idarəetmə haqqında hər hansı konstitusion sənəd yalnız regionun erməni və azərbaycanlı icmalarından ibarət bütöv əhalisinin tam, bərabər və birbaşa iştirak edə biləcəyi, qanuni, demokratik və sülh prosesi vasitəsilə həyata keçirilə bilər.
GUAM Xarici İşlər Nazirləri Şurası ATƏT-in üzv ölkələrini və digər beynəlxalq təşkilatları bu kimi qeyri-qanuni aktı pisləməyə və Azərbaycanın ərazi bütövlüyü əsasında və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinin tapılmasına yönəlmiş davam edən səyləri dəstəkləməyə çağırır.
Brüssel, 4 dekabr 2006-cı il