“DEMOQRAFİYA VƏ SAĞLAMLIQ SORĞUSU-2006”
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsində (DSK) “Demoqrafiya və sağlamlıq sorğusu-2006”nın nəticələri təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə DSK sədri Arif Vəliyev sorğunun nəticələri və əhəmiyyəti barədə məlumat vermişdir.
ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders əhalinin sağlamlıq və dolanışıq tərzinin dərindən öyrənilməsinin vacibliyindən danışaraq, respublikada qadın və uşaq sağlamlığına göstərilən diqqəti yüksək qiymətləndirmişdir.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hana Singer vurğulamışdır ki, ölkədə iqtisadi inkişaf göstəriciləri yüksəldikcə insanların rifahının yaxşılaşdırılması istiqamətində də müsbət irəliləyişlərə nail olunmuşdur.
Toplantıda Beynəlxalq İnkişaf Bankının dəstəyi ilə keçirilən tədbirlərin davam edəcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]