CƏMİYYƏT
Dəmrov virusunun tarixi bəşəriyyətin tarixindən uzundur
Bakı, 17 iyun (AZƏRTAC). Alimlər hesab edirlər ki, dəmrov virusunun öhdəsindən gəlmək mümkün deyildir. Bəşər övladının, demək olar, yüz faizinin orqanizmində bu virus vardır. Maraqlıdır ki, virus fəal deyildir. Sınaqlar müəyyən şəraitdə bu patogenin davamlı və təhlükəli olduğunu üzə çıxarmışdır. Virusun inkişaf analizi göstərmişdir ki, onun tarixi bütün bəşəriyyətin tarixindən daha uzundur. Dəmrov virusu təqribən 1,6 milyon il əvvəl insanlara qədim meymunlardan keçmişdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dəmrov virusunun digər ştamlarının izləri daha uzun inkişaf tarixinə (4-6 milyon il) malikdir. Dəmrovun inkişafı genetik mutasiyalar ilə bağlıdır. Kaliforniya Universitetinin alimləri müəyyən etmişlər ki, insan virusun iki ştammını bədənində gəzdirən yeganə primatdır. Analiz göstərmişdir ki, bunu təkamül prosesi və insanın meymundan törəməsi şərtləndirir. Dəmrov virusu insanın daimi yol yoldaşıdır və onunla mübarizə aparmaq qeyri-mümkündür.