Dendrologiya İnstitutu əməkdaşlarının elmi fəaliyyətlərinin nəticələri müzakirə olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şöbə və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsi aparılıb. İnstitutun laboratoriyalarında icra edilən elmi-tədqiqat işlərinin 9 aylıq hesabatları dinlənilib.
İclasda institut əməkdaşlarının elmi fəaliyyətlərinin nəticələri müzakirə olunub və beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərcinə xüsusi diqqət yetirmələri tövsiyə olunub.
Sonda gündəlikdən irəli gələn digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.